Rusiya ilə müvəqqəti barışığa ehtiyacımız yoxdur - Şok açıqlama
“Ukraynanın Rusiya ilə müvəqqəti barışığa ehtiyacı yoxdur”.
Demedia.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.
“Çünki Ukrayna Rusiya ilə “Minsk-3” və ya “Minsk-4” formatında razılığa gələrsə, bir müddətdən sonra yenidən müharibə başlayacaq. Bizim üçün vacib olan hüquqi olaraq savaşı bitirməkdir. Rusiya davamlı olaraq kiminləsə müharibə aparacaq. Ona görə də biz elə razılaşma əldə etməliyik ki, digər ölkələr də bizim yanımızda olsunlar. Biz təhlükəsizlik zəmanətlərinə dair razılaşma istəyirik”, - o bildirib.
Xatırladaq ki, daha əvvəl Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynanın təhlükəsizlik zəmanətlərinin bu ölkə üçün gələcək hücumlara qarşı immunitet yarada biləcəyini söyləmişdi. Ölkəni gələcəkdə hücumlara qarşı “immunitet” edəcəyini bildirib. Həmçinin bu yaxınlarda məlum olub ki, Ukrayna üçün tərəfdaş ölkələrlə təhlükəsizlik zəmanətləri üzrə danışıqlar bir həftə ərzində yekunlaşacaq.