Günəşdə yayın ən güclü partlayışı baş verdi



 20:30 16.07.2024     534

Alimlər çərşənbə axşamı Günəşdə yay ərzində ən güclü "X" dərəcəli partlayış qeydə alıblar.

Demedia.az  RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

Məlumata görə, partlayışdan sonra Günəş rentgen şüalarının Yerin ionosferinə təsiri beşlik şkala üzrə R3 (güclü) səviyyəsinə yüksəlib.

Bu, Yer kürəsində güclü maqnit qasırğasına səbəb ola bilər.