154 kiloluq ana oğlunun üstündə oturaraq onu öldürdü
ABŞ-da 154 kiloluq Cennifer Li Uilson 10 yaşlı ögey oğlu Dakota Levi Stivensin üstündə oturaraq onu öldürüb.
Demedia.az xəbər verir ki, hadisə aprel ayında baş verib.
Oğlanın daha əvvəl bir neçə dəfə qonşularına zorakılığa məruz qaldığını dediyi və onu övladlığa götürmələrini xahiş etdiyi məlum olub. Məhkəmə sənədlərinə görə, Dakota ögey anasının təqibindən xilas olmaq üçün qonşusunun evinə qaçmağa çalışıb. Lakin Uilson onun qarşısını almaq üçün uşağın üstünə oturub. Uşaq xəstəxanaya aparılsa da iki gün sonra dünyasını dəyişib.
Yerli tibbi ekspertizanın idarəsi ölümün səbəbini oksigen çatışmazlığı səbəbindən qətl kimi qiymətləndirib. Cennifer Li Uilsonu 6 ilə qədər həbs cəzası gözləyir.