Bayden Rusiyada həbsdə olan amerikalıları azad edəcəyinə söz verdi



 12:30 20.07.2024     430

ABŞ prezidenti Co Bayden Rusiyada casusluq ittihamı ilə 16 il həbs cəzasına məhkum edilən "Wall Street Journal"ın müxbiri Gerşkoviçin Birləşmiş Ştatlar vətəndaşı olduğu üçün hədəf alındığını bildirib.

Demedia.az  xəbər verir ki, bu barədə Ağ Evdən açıqlama verilib.

Qeyd olunub ki, Bayden "Evan Gerşkoviçin azad edilməsi üçün sıx səylər göstəririk və bunu davam etdirəcəyik" deyib.

"Gerşkoviç heç bir cinayət törətmədiyi halda 16 il həbs cəzasına məhkum edildi. O, jurnalist və amerikalı olduğu üçün Rusiya hökumətinin hədəfinə çevrildi", - Bayden bildirib.

Prezident Gerşkoviç və Rusiyada da saxlanılan keçmiş dəniz əsgəri Paul Uilan kimi haqsız yerə həbs edilən amerikalıların ölkələrinə qaytarılmasını təmin etmək prioritetləri olduğunu bəyan edib.

Qeyd edək ki, “WSJ” qəzetinin Moskva ofisində müxbir işləyən Evan Qerşkoviç 2023-cü il martın 29-da Rusiya Federasiyasının Ural vilayətinin Yekaterinburq şəhərində casusluqda şübhəli bilinərək saxlanılıb. O, 16 il müddətinə azadlıqdan məhrum edib.

ABŞ hərbi təqaüdçüsü Pol Uilan isə dostunun toy mərasiminə getdiyi Rusiyada 2018-ci ildən bəri eyni əsaslarla saxlanılıb.