İsrail əsgərləri 25 fələstinlini əsir götürüb



 21:30 24.07.2024     390

İsrail əsgərləri İordan çayının qərb sahilində 25 fələstinlini əsir götürüb.

Demedia.az   xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Heyətdən verilən ortaq açıqlamada İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə basqınlarını davam etdirdiyi qeyd edilib.

Açıqlamada İsrailin son 24 saat ərzində İordan çayının qərb sahilinin müxtəlif şəhərlərində basqınlar təşkil etdiyi və İsrail əsgərlərinin aralarında uşaqlar, yaralılar, tələbələr, jurnalistlər və keçmiş məhbusların da olduğu ən az 25 fələstinlini əsir götürdüyü bildirilib.