Daha qorxunc epidemiya gəlir: Bu dəfə inəklər insanları evə qapadacaq



 15:00 27.07.2024     246

 

Dünyada hər kəsin qorxu ilə gözlədiyi hadisə ilə bağlı son xəbərlər heç də ürəkaçan deyil.

Demedia.az xəbər verir ki, inəklər arasında dəhşətli virus başlayıb. İnəklərdən sonra pişik və yenot da daxil olmaqla, digər heyvanlara da yayılacağı gözlənilir.

Kornell Universitetinin virusologiya üzrə dosenti və tədqiqatın müəllifi Dieqo Diel bildirib ki, bu, insanlara asanlıqla keçə biləcək virusdur:

“İndiyədək ABŞ-da 11 quş qripi hadisəsi qeydə alınıb, ilk hadisə 2022-ci ilin aprel ayına təsadüf edir. Hər bir hadisə yüngül simptomlar göstərib. Ən son tədqiqatda inəklərdə olan virusun fermalara da yayıldığı məlum olub. Quş qripinin ABŞ-ın bir çox ştatlarında quşlardan mal-qaraya keçdiyi məlum olub”.