Bu ölkədə zəlzələ baş verdi



 13:30 28.07.2024     446

Vyetnamda 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

Demedia.az  TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 47,4 min nəfərin yaşadığı Kontum şəhərindən 54 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 4 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.