Çində qasırğa 12 nəfərin ölümünə səbəb olub, vəzifəli şəxslər itkin düşüb
Çinin cənubunda "Qaemi" qasırğasının yaratdığı fəsadlar nəticəsində azı 12 nəfər ölüb, 6 nəfər yaralanıb.
"Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, güclü yağışlar nəticəsində Henyan şəhərində torpaq sürüşməsi baş verib, 300 minə yaxın insan bölgədən təxliyə edilib.
Qeyd olunub ki, şəhər hakimiyyəti mümkün daşqınlarla bağlı xəbərdarlıq edib.
Məlumata görə, Lintszyan şəhərində mer müavini və daha bir məmur xilasetmə işləri zamanı itkin düşüb.