Conson niyə rus helikopterinə minmədi?
Böyük Britaniyanın Baş naziri Boris Conson Hindistana səfəri zamanı Rusiya istehsalı olan helikopterə minməkdən imtina edib.
Demedia.az xəbər verir ki, bu barədə Hindistanın "Tayms" qəzeti məlumat yayıb.
Məlumata görə, səfərdən 3 gün əvvəl Britaniyadan Hindistana gələn xüsusi qrup Consonun minəcəyi Rusiya istehsalı Mi-19 helikopterinin ABŞ istehsalı olan "Chinook"la əvəzlənməsini tələb edib.
Hindistan Hərbi Hava Qüvvələrinin Çandiqarh şəhərindəki bazasından tələb olunan helikopter gətirilib.