Fransada telefon operatorlarını hədəf alan hücumlar həyata keçirilib



 21:00 29.07.2024     336

Fransanın 6 əyalətində bir çox telefon operatorunu hədəf alan hücumlar həyata keçirilib.

Demedia.az   xəbər verir ki, Herault, Bouches-du-Rhone, Oise, Meuse, Drome və Aude şəhərlərindəki bir çox telefon operatorunun telekommunikasiya xətlərini hədəf alan hücumlar həyata keçirilib.

Polis mənbələrindən alınan məlumata görə, şəbəkələrə təsir edən bu vəziyyət fiber optik kabellərin kəsilməsi nəticəsində baş verib.