İsrail Parisdə əlavə tədbirlər görür



 21:18 31.07.2024     452

İsrail Paris Olimpiadasında idmançılarının təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görüb.

Demedia.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

İsrail milli komandasının nümayəndələri mühafizəçilərin sayını artırıblar. Bundan əlavə, təhlükəsizlik protokolları sərtləşdirilib.

Bundan əvvəl İranda Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə öldürülüb. HƏMAS hadisəni İsrailin törətdiyini iddia edib.