Haniyə dəfn edildi
Tehranda öldürülən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Dohanın şimalında, Lusail şəhərindəki qəbiristanlıqda dəfn edilib.
Demedia.az xəbər verir ki, dəfn mərasimində Qətər kral ailəsinin üzvləri və Haniyənin öz ailə üzvləri, rəsmilər, o cümlədən İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref və Türkiyənin xarici işlər naziri Hakan Fidan iştirak ediblər.
Mərasimdə İslam ölkələrindən onlarla dövlət rəsmiləri iştirakı ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib.