Baydendən Ukraynaya NÖVBƏTİ DƏSTƏK



 09:07 25.04.2022     2823

ABŞ Prezidenti Cozef Bayden Ukrayna-Rusiya müharibəsinin 60 gününün yekununa dair paylaşım edib.

Demedia.az xəbər verir ki, ABŞ-ın dövlət başçısı tviterdə yazıb:

“Putinin Ukraynaya qarşı səbəbsiz və əsassız hücumundan iki ay sonra Kiyev hələ də yerindədir. Prezident Zelenski və onun demokratik yolla seçilmiş hökuməti hakimiyyətdə qalır. Biz ukraynalılara vətənlərini müdafiə etmək üçün apardıqları mübarizədə dəstəyimizi davam etdirəcəyik”.