14 yaşlı oğlan siqaret üstündə öldürüldü
Türkiyədə yeniyetmə siqaret üstündə öldürülüb.
Demedia.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbul şəhəri Esenyurt məhəlləsində baş verib. 14 yaşlı Yiğit Hamza Yüksel ilə 15 yaşlı dostu E.A. yaşadıqları ərazidə vaxt keçirərkən siqaret çəkmək istəyiblər. Belə ki, E.A. dostundan siqaret istəyib. Lakin dostu onu rədd edib və aralarında dava düşüb.
Tərəflər bir-birinin boğazından yapışaraq, uzun müddət buraxmayıblar. Nəticədə Hamza Yüksel boğularaq ölüb. Daha sonra E.A. Yükselin atasının yanına gedərək oğlunu boğdum deyib. Hadisə yerinə gələn polislər E.A.-nı saxlayıblar. Araşdırmalar davam etdirilir.