Ədən limanı yaxınlığında Britaniya gəmisinə HÜCUM EDİLDİ



 21:00 03.08.2024     515

Yəmənin Ədən limanı sahillərində Britaniyaya məxsus gəmiyə hücum edilib.

Demedia.az  xəbər verir ki, bu barədə Britaniya Kral Hərbi Dəniz Qüvvələrinin Böyük Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.

“UKMTO Yəmənin Ədən şəhərinin cənub-qərbində 170 dəniz mili (314,8 kilometr - red.) aralıda insident barədə məlumat alıb”, - məlumatda bildirib.

Hadisə hücum kimi qiymətləndirilir və səlahiyyətlilər araşdırmaya başlayıb.

Bundan əlavə, UKMTO gəmilərə ərazidə ehtiyatla hərəkət etməyi və hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyi tövsiyə edib.