Rusiyada işsizlik səviyyəsi tarixi minimuma endi
İyunun sonunda Rusiya G20 ölkələri arasında ən aşağı işsizlik səviyyəsini qeydə alıb.
Musavat.com xəbər verir ki, Rusiyanın Federal Dövlət Statistika Xidmətinin məlumatına görə, bu göstərici 2,4% təşkil edib.
Dünyanın ən böyük iqtisadiyyatları arasında Yaponiyada da bu rəqəm 2,5%-ə qədər azalıb. Ən böyük iqtisadiyyata malik digər ölkələrdə işsizlik 3%-i ötür.