Ermənistanda 4,2 maqnitudalı zəlzələ olub
Yerli vaxtla saat 02:02-də (Bakı vaxtı ilə eyni saatda) Ermənistan Daxili İşlər Nazirliyinin Ərazi Seysmik Müdafiə xidmətinin Seysmoloji şəbəkəsi 4,2 maqnitudalı zəlzələ qeydə alıb.
Bu barədə Demedia.az-a yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin episentrində yeraltı təkanların gücü 5-6 maqnituda təşkil edib. Zəlzələ Qeqarkunik vilayətində 5, Kotayk vilayətində 4 maqnituda, Yerevan şəhərində isə 2-3 maqnitudada hiss olunub.
Dağıntı və ya tələfat barədə məlumat verilmir.