İran bir neçə gün ərzində İsrailə hücum edə bilər



 11:29 12.08.2024     412

İsrailin xüsusi xidmət orqanları hesab edir ki, İran Fələstin hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İsrailə birbaşa zərbə vurmaq qərarına gəlib.

Demedia.az-ın xəbərinə görə, bu barədə “Axios” portalının müxbiri iki mənbəyə istinadən məlumat yayıb.

"İsrail xüsusi xidmət orqanlarının yenilənmiş qiymətləndirməsinə görə, İran HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlinə görə qisas almaq üçün birbaşa İsrailə hücum etmək qərarına gəlib və bu, avqustun 15-də girov danışıqlarından bir neçə gün əvvəl baş verə bilər", - o “X” sosial şəbəkəsində yazıb.