Afrika ölkələrinin BMT TŞ-də təmsil edilməsi təklifi irəli sürüldü



 12:00 13.08.2024     493

“Biz BMT Təhlükəsizlik Şurasının daimi üzvləri sırasında təmsil olunmayan Afrikanın əziyyət çəkdiyi tarixi ədalətsizliyin aradan qaldırılmasının tərəfdarıyıq. Afrika BMT Təhlükəsizlik Şurasında iki daimi və iki qeyri-daimi yer tələb edir”.

Demedia.az xəbər verir ki, bunu Nyu-Yorkda dünya təşkilatının Təhlükəsizlik Şurasının iclasında çıxış edən Əlcəzair Xarici İşlər Nazirliyinin baş katibi Lunes Maqraman deyib.

“Biz həmçinin BMT Təhlükəsizlik Şurasında səmərəli islahatlara çağırırıq ki, Şura sülh və təhlükəsizliyə qarşı çağırışlar qarşısında hərəkət edə bilsin. Həmçinin BMT Təhlükəsizlik Şurasının iş metodlarını təkmilləşdirmək lazımdır, çünki sadəcə üzvlərinin sayının artırılması effektiv işə zəmanət vermir. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri Afrika ölkələrinin qanuni istəklərinə cavab verməklə öhdəlik və dəstək nümayiş etdirməlidirlər”, - deyə o qeyd edib.