ABŞ-nin Suriyadakı bazası hücuma məruz qaldı



 10:59 14.08.2024     627

Suriyanın Deyr-əz-Zor əyalətində Koniko qaz yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazasına hücum edilib, lakin mərmilər obyektin özünə dəyməyib.

Demedia.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinə iki amerikalı məmur bildirib.

İlkin məlumatlara görə, hücum nəticəsində itki yoxdur.

Xatırladaq ki, daha əvvəl “Reuters”in təhlükəsizlik mənbəsi Deyr-əz-Zor əyalətindəki ABŞ hərbi bazası yaxınlığında altı mərmi atıldığını və onların hamısının obyektin bilavasitə yaxınlığına düşdüyünü bildirmişdi. ABŞ-nin rəhbərlik etdiyi koalisiyanın hücuma artilleriya atəşi ilə cavab verdiyi qeyd edilir.