Türkiyə-Suriya sərhədində 5,2 maqnitudada zəlzələ olub



 14:43 16.08.2024     727

Türkiyə-Suriya sərhədində 5,2 maqnitudada zəlzələ olub.

Demedia.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Zəlzələ Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətində hiss olunub.

Bundan başqa, ərazidə 4,2 maqnitudada daha bir zəlzələ olub. Təbii fəlakətin dərinliyi 120 kilometrdir.

Dağıntılar barədə hələ ki məlumat yoxdur.