Vladimir Putin Azərbaycana dövlət səfəri edəcək



 17:15 16.08.2024     686

Rusiya Prezidenti Vladimir Putin avqustun 18-19-da Azərbaycana dövlət səfəri edəcək.

Demedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafı, strateji tərəfdaşlıq və müttəfiqlik məsələləri, eləcə də aktual beynəlxalq və regional problemlər müzakirə olunacaq.

Səfərin yekunları üzrə bir sıra sənədlərin imzalanması planlaşdırılır.