Bu ölkədə güclü zəlzələ baş verib
Rusiyanın Severo-Kurilsk şəhərindən 1 055 km məsafədə 5.1 maqnitudalı zəlzələ qeydə alınıb.
Demedia.az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər yayıb.
Mərkəzin məlumatına görə, zəlzələnin ocağı 35 km dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.