Ukrayna ordusu Rusiyanı bombaladı: Şiddətli partlayış səsləri eşidildi
Rusiyanın Bryansk şəhərində iki güclü partlayış baş verib. Ukraynanın raket zərbəsindən sonra baş verdiyi ehtimal edilən yanğın bu gün səhər saatlarında Rusiya üzərində səmanı alovlarla işıqlandırıb.
Demedia.az xəbər verir ki, bu barədə "DailyMail" məlumat verib.
Təcili yardım xidmətləri "Transneft-Drujba" Neft Anbarında və yaxınlıqda neft saxlama çənləri olan hərbi baza olduğu güman edilən adı açıqlanmayan ikinci obyektdə yanğının davam etdiyini təsdiqləyib. Press-relizdə deyilir ki, yanğınların söndürülməsi üçün səhər saat 2 radələrində əraziyə yanğın söndürmə və xilasetmə briqadaları göndərilib.
Ukrayna sərhədindən təqribən 100 kilometrdən artıq məsafədə yerləşən Bryansk hazırda Ukraynanın şərqindəki Donbas bölgəsinə nəzarət uğrunda döyüşən Rusiya qüvvələri üçün logistik mərkəz rolunu oynayır. Drujba kəməri isə Rusiya neftini Avropa ölkələrinə çatdıran əsas neft marşrutdur.
Ukrayna partlayışları şərh etməyib, lakin bu, Kiyevə hesablanmış logistika mərkəzlərini hədəf alan Rusiya ərazisində bir sıra partlayışlardan sonra baş verib. "Drujba" anbarının alovlandığı anın videosunda güclü partlayış görünməzdən bir neçə dəqiqə əvvəl gələn raketin səsi şidilib.
Tanınmış hərbi analitik Rob Li deyib ki, zərbə Ukrayna daxilindən atılan və həm neft obyektini, həm də yaxınlıqdakı bazanı əhatə edə biləcək “Toçka-U” ballistik raketlərindən istifadə etməklə həyata keçirilə bilərdi. Bizimyol.info