Ermənilərin “soyqırım” planı iflasa uğradı



 17:58 25.04.2022     738

Xarici dövlətlərin qondarma erməni soyqırımı haqda bəyanatları hüquqi deyil, siyasi qərarlardır.

Demedia.azxəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev “erməni soyqırımı” yalanları ilə bağlı heç bir məhkəmə qərarı olmadan bir çox dövlətin Türkiyəyə qarşı səsləndirdiyi ittihamlar haqda danışarkən deyib.

F.mehdiyev bildirib ki, o bəyanatların arxasında məhkəmə qərarı və araşdırması dayanmayıb:

“Təbii ki, bu məsələdə daha çox daxili auditoriya hesablanır. Məsələn, Kaliforniya kimi əyalətlərdə xeyli sayda erməni azlığı var. Onlardan səs almaq üçün hökumət bu addımı ataraq qondarma “soyqırım” haqqında bəyanatlar yayır. ABŞ belə bəyanat versə də, bu, reallıqda heç nəyi dəyişdirmir və heç bir hüquqi məsuliyyət yaratmır. Bu, ancaq Türkiyə ilə münasibətlərin pozulmasına gətirib çıxara bilər”.

Professor qondarma “soyqırım” barəsində məhkəmə qərarının olmamasının vacibiyini də qeyd edib:

“Bu qərar olmadığına görə qondarma ”soyqırım” aktına əsasən hansısa addım atmaq mümkün olmur. Əslində ermənilərin əvvəlki planı sığorta şirkətlərinə müraciət edib, iddia etdikləri “soyqırım”da ölən şəxslər üçün sığorta məbləği almaq idi. Bununla da həmin şirkətlər Türkiyəyə müraciət edərək həmin məbləği reqres qaydası ilə istəyəcəkdilər. Lakin məhkəmə qərarı olmadığına görə ermənilərin bu planları da suya düşdü”.