Ermənistanda GÜCLÜ PARTLAYIŞ: ölən və yaralananlar var



 22:00 10.09.2024     373

Ermənistanda Razdan İstilik Elektrik Stansiyasının ərazisindəki tökmə zavodunda baş vermiş partlayış nəticəsində 1 nəfər ölüb, daha 5-i yaralanıb.

Demedia.az  xəbər verir ki, bu barədə Ermənistan mətbuatı ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Partlayış fəaliyyət göstərməyən tökmə zavodunda baş verib.

Hadisənin səbəbləri barədə məlumat verilmir.