Bu ölkə elan etdi: 50 yaşdan yuxarı, 15 yaşdan kiçik Türkiyə vətəndaşları...



 11:38 11.09.2024     269

50 yaşdan yuxarı və 15 yaşdan kiçik Türkiyə vətəndaşlarının İraqa vizasız gedə biləcəyi elan edilib.

Demedia.az  xəbər verir ki, bu barədə İraq Baş Nazirliyinin Mətbuat Xidmətindən verilən yazılı açıqlamada bildirilir. Nazirlər Şurasının iclasında qəbul olunan qərara əsasən, adi pasporta malik həmin yaş qruplarındakı vətəndaşlar İraqa vizasız gedə biləcəklər.

Bu vətəndaşların pasportlarına İraqdakı hava limanlarında və sərhəd qapılarında giriş möhürü vurulacaq və İraqda 30 gün yaşaya biləcəklər.

Qeyd edək ki, 15 yaşdan kiçik və 50 yaşdan yuxarı iraqlılar üçün də Türkiyəyə viza azadlığı təmin edilib.