Rusiya ordusu atəşkəs elan etdi: Bu gün...
Rusiya ordusu ələ keçirdiyi Mariupol şəhərindəki Azovstal fabrikində qalan insanların təxliyəsi üçün humanitar dəhliz açır.
Demedia.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi açıqlama yayıb. Bildirilib ki, bu gün açılacaq humanitar dəhliz üçün bölgədə atəşkəs elan edilib.
Qeyd edək ki, yüzlərlə ukraynalı hərbçinin və mülki vətəndaşın fabrikdə qaldığı bildirilir. Hərbçilər təslim olmağı rədd etmişdi.