Kiyevdən Putinə şok mesaj verdilər: "Sən gedəcəksən Ukrayna qalacaq"
ABŞ-ın dövlət katibi Antoni Blinken və müdafiə naziri Llyod Ostin Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə bir araya gəlib.
Demedia.az xəbər verir ki, tərəflər arasında görüş 3 saat davam edib. Bu müharibə başlayandan sonra ABŞ-dan Ukraynaya ən yüksək səviyyəli ziyarətdir. Zelenski bu görüşün olduqca önəmli olduğunu ifadə edib. Blinken isə bildirib ki, Ukraynanın suverenliyi Putinin hakimiyyət illərindən daha uzun müddətli olacaq.