Şimali Koreya son iki ayda ilk dəfə qısa mənzilli raket buraxıb



 20:00 12.09.2024     403

Şimali Koreya iki aylıq fasilədən sonra şərq sahillərindən qısa mənzilli ballistik raketlər buraxıb.

Demedia.az verir ki, Cənubi Koreyanın hərbi rəsmiləri bu addımı sərt şəkildə pisləyib və bunu "Koreya yarımadasında sülh və sabitliyi ciddi şəkildə təhdid edən açıq-aşkar təxribat" adlandırıblar.

Yaponiya Müdafiə Nazirliyi Şimali Koreyanın atdığı ən azı iki raketin təxminən 350 kilometr məsafə qət etdiyini və 100 kilometr yüksəkliyə çatdığını açıqlayıb.

Yaponiyanın baş naziri Fumio Kişida bu hücumu şiddətlə qınadıqlarını və Şimali Koreyaya rəsmi etiraz notası verdiklərini açıqlayıb.