Təcili siqnal: Ermənistandan uçan təyyarə...



 13:00 13.09.2024     386

Ermənistandan Rusiyaya uçan “Utair” aviaşirkətinin təyyarəsi səmada fövqəladə vəziyyət siqnalı verib.

Demedia.az  xəbər verir ki, bu barədə "Aviaincident" Teleqram kanalı yazıb.

Bildirilir ki, İrəvandan Tümenə uçan Boeing 737-800 təyyarəsində gözlənilməz vəziyyət yaranıb. Ekipaj təyyarədə xəstə bir sərnişin olduğunu bildirib.

Təyyarə komandiri alternativ aerodroma keçməyə qərar verib. Nəticədə təyyarə Çelyabinsk hava limanına enməyə məcbur olub.