Hulusi Akar gözlənilmədən sərhədə getdi: "Türk millətini xilas edəcəyik"
Türkiyənin müdafiə naziri Hulusi Akar İraqın Zap bölgəsindən 10 kilometr məsafədə yerləşən Türkiyə ordusunun komanda mərkəzinə gedib.
Demedia.az259 xəbər verir ki, Hulusi Akarı Baş Qərargah rəisi Yaşar Gülər, Quru Qüvvələri komandanı Musa Avsever müşayət edib. Akar burada keçirdiyi toplantı zamanı bildirib ki, PKK terror qruplaşması çökmək üzrədir. Akarın sözlərinə görə, Türkiyə ordusu terrorçulara qarşı mübarizəni əzmlə davam etdirərək, türk millətini bu terror bəlasından xilas edəcək.
Qeyd edək ki, ötən həftə Türkiyə ordusu İraqın şimalında yeni hərbi əməliyyatlara başlayıb. 56 terrorçu məhv edilib. Ordu şəhidlər verib.