Rusiyalı generalın açıqlaması rezonans yaratdı: Ukraynadan sonra bu bölgəyə yolumuz açılacaq



 22:59 25.04.2022     1257

Rusiya Mərkəzi Hərb Dairəsinin komandan müavini, general-mayor Rüstəm Minnekayevin Moldovanın Dnestryanı bölgəsi ilə bağlı açıqlaması böyük rezonans yaradıb.

Demedia.az xəbər verir ki, o, Ukraynanın cənubununun ələ keçirilməsi ilə Dnestryanı bölgəyə qapı açıla biləcəyini ifadə edib. Məsələyə münasibət bildirən Rusiyanın xarici işlər nazirinin müşaviri Andrey Direnko bildirib ki, Dnestryanı bölgə ilə bağlı təhlükə yoxdur və Moskva buradakı vəziyyətin sülh yolu ilə həllinə çalışır. 

Qeyd edək ki, Moldova rusiyalı komandanın açıqlamaları ilə bağlı Moskvaya nota verib. 

1990-cı ildə Moldovanın ərazisi olan Dnestryanı bölgə Rusiyanın dəstəyi ilə təktərəfli müstəqilliyini elan edib.