İrəvanda GƏRGİNLİK: Müxalifətçilərlə polis arasında toqquşma
Ermənistanın paytaxtı İrəvanda müxalifətin Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirdiyi yürüşündə polislə toqquşma baş verib.
Demedia.az-ın məlumatına görə, bu barədə “RİA Novosti” xəbər verib.
Yürüş axşam saatlarında başlayıb. Aksiyaya Müqəddəs Xaç kilsəsindən start verilib. Etirazçılar şəhərin mərkəzinə doğru gediblər.
Toqquşmaya səbəb deputat Qeqam Manukyanın Paşinyanın karikaturası ilə dirəyə dırmaşması olub. Polis aksiyaya müdaxilə etməyə çalışsa da, deputat planını tamamlaya bilib. Sonra polis karikaturanı cırıb və yürüş davam edib.