Qaçırılan 6 yaşlı uşaq 73 il sonra TAPILDI



 17:00 24.09.2024     643

1951-ci ildə ABŞ-ın Kaliforniya ştatının Oklend şəhərində qaçırılan altı yaşlı uşaq 73 ildən sonra tapılıb.

Demedia.az  xarici mediaya istinadla bildirir ki, Luis Armando Albino parkda oynayarkən qaçırılıb. Bir qadın ona yaxınlaşıb və şirniyyat alacağına söz verib. Bununla da o, uşağı qaçıraraq Şərq Sahilinə gedib. Orada onu oğulları kimi böyüdüblər.

Uşağın axtarışına polis, yerli ordu bazasının əsgərləri, Sahil Mühafizəsi və şəhərin digər əməkdaşları cəlb olunsa da, heç bir nəticəsi olmayıb.