Ermənistan 700 erməni yük maşınını sərhəddən buraxmır



 12:31 26.09.2024     405

Yüzlərlə yük maşını sürücüsü uzun müddətdir Ermənistan-Gürcüstan sərhədində, Sadaxlı qəsəbəsində Ermənistana daxil olmaq üçün öz növbəsini gözləyir.

Bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, sürücülərin uzun müddət sərhəddə qalmasına səbəb Ermənistan gömrüyünün normal fəaliyyət göstərməməsidir:

“Artıq bir neçə gündür ki, ayaq üstəyik, çünki erməni gömrüyü işləmir. Deyirlər ki, bizi buraxa bilərlər, amma sərhəd körpüsü yük maşınları ilə dolu olduğu üçün əvvəl körpüdəki yük maşınları getməlidir. Hələ nə edəcəyimizi bilmirik. Bu 2 gündə cəmi 20 yük maşını sərhədi keçib. Minlərlə kilometr yol qət etdikdən sonra ailələrimizə çatmaq üçün sərhədi keçirik, amma gələndə məlum olur ki, bizim gömrük işləmir. Və günlərlə gözləməli oluruq ki, bizi Ermənistana buraxsınlar. Hazırda ərazidə 700-ə yaxın yük maşını yığılıb”.//Axar.az