Mask Meloni ilə “sevgisindən” yazdı
Amerikalı milyarder İlon Mask İtaliya Baş naziri Corciya Meloni ilə aralarındakı romantik münasibətləri təkzib edib.
Demedia.az xəbər verir ki, bu barədə İlon Mask özünün X səhifəsində yazıb.
“Mən orada anamla birlikdə idim. Baş nazir Meloni ilə heç bir romantik münasibət yoxdur”, - Mask bildirib.
Qeyd edək ki, amerikalı milyarder İlon Maskın Nyu Yorkun “Ziqfeld” bal zalında “Atlantic Council”in (Atlantik Şura) təşkil etdiyi mükafatlandırma mərasimində İtaliya Baş naziri Corciya Meloni ilə münasibətləri söz-söhbətə səbəb olmuşdu. Qərb mətbuatı onların arasında romantik münasibətlərin olduğunu yazırdı.