HƏMAS və Fəth Qəzzada mülki idarəetmə ilə bağlı konsensus əldə edib



 17:02 26.09.2024     336

Fələstinin HƏMAS və Fəth hərəkatları Qəzza zolağında mülki idarəetmə məsələsi ilə bağlı konsensus əldə edib.

Bu barədə "Al Arabiya" telekanalı HƏMAS-dakı mənbəyə istinadən məlumat yayıb.

O bildirib ki, razılaşmaya əsasən, HƏMAS Qəzzada sərhəd-keçid məntəqələrinə nəzarət etməyəcək.

“Gələn həftə hərəkatlar barışıq çərçivəsində görüş keçirəcək”, - mənbə əlavə edib.

Hazırda Fələstin rəsmiləri Qəzza zolağının idarə olunması məsələsi ilə bağlı təmasdadır. Qeyd edilir ki, müzakirə olunan məsələlər arasında müstəqil xadimlərdən ibarət yerli administrasiya, o cümlədən hər iki hərəkatın və digər Fələstin fraksiyalarının razılıq verəcəyi halda texnokratlar hökumətinin yaradılması da yer alır.//Report