Məktəbli qız məktub yazıb özünü binadan atdı



 19:05 27.09.2024     412

Rusiyada məktəbli qız intihar edib.

Demedia.az yerli mediaya istinadla bildirir ki, hadisə Moskva vilayətinin Ramenskoy rayonunda baş verib. Burada binalardan birinin həyətində 13 yaşlı məktəblinin meyiti tapılıb.

Araşdırmalar nəticəsində onun özünü binadan atdığı üzə çıxıb. Həmçinin mlum olub ki, yeniyetmə qız hadisədən əvvəl məktub da yazıb.

İntiharın səbəblərini müəyyən etmək üçün araşdırma aparılır.