Britaniya XİN: Tayvan boğazında eskalasiya təhlükəsi var



 09:33 15.10.2024     648

Britaniya XİN hesab edir ki, Tayvan boğazında Çin Silahlı Qüvvələrinin keçirdiyi təlimlər regionda gərginliyi artırır.

Demedia.az xəbər verir ki, Forin Ofisinin yaydığı bəyanatda London Pekini gələcək eskalasiyanı təhdid edən hərəkətlərdən çəkinməyə çağırır.

"Çinin Tayvan adası ətrafında Tayvan boğazında gərginliyi və təhlükəli eskalasiya riskini artıran hərbi təlimlərindən narahatıq", - sənəddə deyilir.

"Hesab edirik ki, Tayvan məsələsi Tayvan boğazının hər iki tərəfində yaşayan insanlar tərəfindən konstruktiv dialoq vasitəsilə güc tətbiq olunmadan və məcbur edilmədən həll olunmalıdır. Status-kvonu dəyişdirmək üçün birtərəfli cəhdləri dəstəkləmirik. Biz təmkinli olmağa və sabitliyi və sülhü pozmaqla dolu hər hansı sonrakı hərəkətlərdən çəkinməyə çağırırıq", - nazirlikdən bildirilib.

Qeyd edək ki, təlimlər oktyabrın 14-də keçirilib və Pekinin oktyabrın 10-da Tayvan Administrasiyasının rəhbəri Lay Sindenin çıxışına cavabı olub. O, adanın "dövlət suverenliyini" müdafiə edəcəyini bildirib. Buna cavab olaraq Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin Tayvanın Çinin bir hissəsi olduğunu, adanın suveren dövlət olmadığını və heç vaxt olmayacağını xatırladıb.