Yeni qanun layihəsi təklifi: Uşaqsız analar işə götürülməyəcək?



 12:30 28.10.2024     458

Rusiya Dövlət Dumasının deputatları parlamentin aşağı palatasına yeni qanun layihəsi təqdim ediblər.

Layihə uşağı olmayan qadınları işə götürməkdən imtina edən işəgötürənlərə bunun qadağan edilməsini nəzərdə tutur.

Bu barədə Demedia.az  "RİA Novosti"yə istinadən xəbər verir.

Məlumata görə, təşəbbüsün müəllifləri Yaroslav Nilovun rəhbərlik etdiyi Rusiya Liberal Demokrat Partiyasının deputatlarıdır.

Tərtibatçılar Əmək Məcəlləsinə bu qəbildən dəyişikliklərin edilməsi zərurətini onunla izah ediblər ki, işəgötürənlər gənc, hazırda uşağı olmayan qadınları işə qəbul etməkdən çəkinirlər, çünki onların gələcəkdə analıq məzuniyyətinə gedə biləcəklərindən ehtiyat edirlər.

Deputatlar hesab edirlər ki, işəgötürənlər Rusiya Federasiyasının Əmək Məcəlləsinin 64-cü maddəsini məhz belə şərh edə bilərlər. Bunun qarşısını almaq üçün də bu cür qanunvericilik təşəbbüsü irəli sürülüb.

Sənəddə, həmçinin uşaq üç yaşına çatana qədər qadının analıq məzuniyyətindən geri çağırılmasının qadağan edilməsi də nəzərdə tutulur.

Yaroslav Nilovun sözlərinə görə, "Ailə ili"ndə hazırlanan qanun layihəsi analığın dəstəklənməsinə və qadınların işləmək hüququnun təminatlarının artırılmasına istiqamətlənib.