Daha bir ölkə Rusiya aktivlərini dondurdu
Litva AB-nin tətbiq etdiyi sanksiyalar fonunda Rusiyanın 20 milyon avrodan çox, eləcə də yüz minlərlə rubl dəyərində aktivlərini dondurub.
Demedia.az xəbər verir ki, bu barədə Maliyyə cinayətlərinin araşdırılması xidmətinin məlumatında deyilir.
“Litvada AB-nin Rusiya və Belarusla bağlı tətbiq etdiyi maliyyə sanksiyaları fonunda dondurulmuş vəsaitlərin ümumi məbləği 20,278 milyon avro, 3,419 milyon dollar və 546 min Rusiya rublundan çoxdur”, - məlumatda deyilir.
Qeyd olunur ki, Litvada “Yeni İnsanlar” fraksiyasının lideri Aleksey Neçayev, “Severstal”ın həmtəsisçisi Aleksey Mordaşov, iş adamı Andrey Melniçenko, Nəqliyyat Nazirliyinin rəhbəri Vitali Savelyev, həmçinin Vitali Savelyevlə əlaqə qurduğuna görə Litvada yeddi hüquqi şəxsə və “Rosneft”in rəhbəri İqor Seçinə qarşı sanksiyalar tətbiq edilib.