ŞOK İDDİA: Putin danışıqlar masasından qalxdı - "Moskva fəlakəti" qüruruna toxunub



 10:46 27.04.2022     1524

“Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə razılığa gəlməkdən imtina edib”.

Demedia.az xəbər verir ki, Times qəzeti bu barədə Kremldəki mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, Putin razılaşma planını təxirə salıb. İddialara görə, Putinin hazırki planı Ukraynada mümkün olduğu qədər torpaq ələ keçirməkdir. Kremldəki mənbələr deyib ki, Putin Qara dənizdə “Moskva” gəmisinin vurulmasından sonra Ukrayna ilə razılaşma əldə etmək planını təxirə salıb.

“Putinin qüruru zədələndi. Hərbi təzyiqi artıraraq işğalı davam etdirmək barədə qərar verdi. Buna görə, Putin sülh danışıqlarından çəkildi” - deyə Kremldəki mənbə bildirib.