Cənubi Koreyada hərbi təyyarə qəzaya uğradı: Bütün ekipaj üzvləri öldülər


Cənubi Koreyanın Phohan şəhərində qəzaya uğrayan Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarənin bütün ekipaj üzvləri həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Məlumata görə, qəza yerində tapılan dörd cəsəd tanınma üçün ölkənin Hərbi Dəniz Qüvvələrinin Phohandakı hospitalına köçürüləcək.
Hadisə ilə bağlı araşdırma aparılır.
12:00
Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinə məxsus "P-3 Orion" patrul təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə "News1" portalı məlumat yayıb.
Bildirilir ki, təyyarədə ümumilikdə dörd nəfər olub.
Axtarış-xilasetmə işləri davam etdirilir.
10:12
Cənubi Koreyanın Phohan şəhərində Hərbi Dəniz Qüvvələrinə məxsus patrul təyyarəsi qəzaya uğrayıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Yonhap" agentliyi xəbər yayıb.
Qəza yerli vaxtla saat 13:52-də (Bakı vaxtı ilə 08:52-də) baş verib. Məlumata görə, təyyarənin göyərtəsində dörd nəfər olub.
Qeyd olunur ki, qəzaya uğrayan təyyarə Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin patrul təyyarəsi olub və təpəlik ərazidə yerə çırpılıb.
Hadisə ilə bağlı ilkin mərhələdə kiçik mülki təyyarənin qəzaya uğradığı bildirilmişdi. Lakin sonradan bu məlumat dəqiqləşdirilərək qəzaya uğrayan təyyarənin hərbi təyyarə olduğu təsdiqlənib.
Hadisənin səbəbləri araşdırılır.