Timsah hamilə qadını parçaladı



 13:00 03.06.2025     356

İndoneziyada timsah hamilə qadını parçalayıb.

Demedia.az xarici mediaya istinadla xəbər verir ki, 28 yaşlı Munira adlı qadın evinin mətbəxində olarkən heyvan ayağını dişləyib. Hamilə qadının qışqırtısını eşidən bacısı köməyə qaçsa da, sürünən artıq Muniranı sürüyüb aparıb.

İndoneziyalı qadın daha sonra suda tapılsa da, onu xilas etmək mümkün olmayıb. Səlahiyyətlilərin dediyinə görə, o, səkkiz aylıq hamilə olub və özünü müdafiə etməyə gücü çatmayıb. 

Hadisə Mambulu çayının yağış səbəbindən məcrasından çıxmasından az sonra baş verib. Muniranın yaşadığı dayaq evi də hadisə nəticəsində zədələnib. Yerli hakimiyyət orqanları sürünənlərin vəziyyətdən istifadə edərək insanlara yaxınlaşdıqlarını düşünür.

Səlahiyyətlilər yerli sakinləri son vaxtlar daşqınların baş verdiyi su hövzələrinin yaxınlığında ayıq-sayıq olmağa çağırıb.