60 ildən sonra Suriya tarixində BİR İLK YAŞANACAQ


Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa sentyabrda ABŞ-a səfər edəcək.
Demedia.az xəbər verir ki, bu barədə "Suriya" TV məlumat yayıb.
Qeyd olunub ki, Əl-Şaraa da BMT-nin iclasında çıxış edəcək. Bu, Suriya prezidentinin son 60 ildə dünya təşkilatında ilk çıxışı olacaq.
Suriyanın Müvəqqəti Hökuməti 9 dekabr 2024-cü ildə Bəşər Əsəd rejiminin devrilməsindən sonra yaradılıb. 29 yanvar 2025-ci ildə ali qanunverici orqan olan Xalq Şurası rəsmən buraxılıb və Keçid Hökuməti Müvəqqəti Qanunvericilik Şurasına seçkilər elan edib. 2025-ci il martın 29-da birinci keçid hökuməti öz işini başa vurub və yerinə ikinci keçid hökuməti gəlib. Baş nazir vəzifəsi ləğv edilib, hökumətə Suriya Prezidenti rəhbərlik edir.