Zəlzələləri dəqiq proqnozlaşdıran astroloqdan xəbərdarlıq: 9 iyun tarixində...


İyunun 2-də Ege bölgəsində baş verən 5,8 bal gücündə zəlzələdən sonra türkiyəli astroloq Öner Döşer səma hərəkətlərinin yer üzündə mümkün təsirlərini dəyərləndirib.
Demedia.az xəbər ki, bu barədə “Sözcü” qəzeti məlumat yayıb.
Döşer geomaqnit fırtınalarının, günəş fəaliyyətlərinin, planetlərarası bucaqların və coğrafi astrologiya xəritələrinin xüsusilə zəlzələ kimi təbii hadisələrə təsirlərini araşdıraraq fərqli tarixlərə diqqət çəkib.
Onun sözlərinə görə, 9 iyun tarixi xüsusi əhəmiyyət kəsb edir: “Bu tarix Mars-Uran və Venera-Pluton arasındakı sərt bucaqların təsiri ilə seçilir. Ay 9 iyunda Əqrəb bürcündə olacaq. Əsas məqam da odur ki, keçmişdə Ay Əqrəb bürcündə olarkən böyük zəlzələlər baş vermişdi. 9 iyunun təsirlərini 10 və ya 11 iyunda da görə bilərik".
O, həmçinin bildirib ki, iyunun 15-də Günəş mərkəzli Mars-Yupiter düz bucaq işə düşəndə bir daha ehtiyatlı olmaq lazımdır.
Döşer Egey və Aralıq dənizi bölgələrində seysmik risklərin davam etdiyini vurğulayıb.