Rusiyadan XƏBƏRDARLIQ: NATO ölkələrindəki hərbi hədəfləri vura bilərik



 20:43 27.04.2022     5235

Moskva Kiyevə silah daşınması ilə müharibənin uzanmasına görə Qərbə xəbərdarlıq edib.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarova verdiyi açıqlamada bildirib.

“Hərbi daşınma logistikasını dayandırmaq üçün Rusiya da Kiyevə silah göndərən NATO ölkələrindəki hərbi hədəfləri vura bilər. Bu vəziyyət Ukraynada ölümə və qan tökülməsinə yol açır”, - deyə Zaxarova qeyd edib.

O, bildirib ki, Kiyevə qayıdan Qərbli diplomatlar da bombaların hədəfi ola bilər.