Bombaların altında nigah: Müharibə sevgiyə əngəl ola bilmədi - FOTOLAR
Rusiya ordusunun hücumları altında olan Ukraynanın liman şəhəri Odessada hərbçi cütlük ailə həyatı qurub.
Demedia.az xəbər verir ki, komendant saatının elan edilməsinə görə, onların nigahlarını komandanları qeydə alıb. Odessa bələdiyyəsindən bildirilib ki, nigah mərasimi hərbi bazada keçirilib. Nigah mərasimində bələdiyyə nümayəndəsi də iştirak edib. Məlumata görə, Ukraynada ilk dəfə cütlüyün nigahını komandan qeydə alıb. Nigah mərasimində çıxış edən komandan bildirib ki, bu günün şüarı müharibə deyil sevgidir.