Bakının nüfuzu qalxır: İrəvan heç kəsin vecinə deyil



 18:00 28.04.2022     769

Dünyada Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə İrəvandakı növbəti yürüşdən daha ciddi hadisələr baş verir. Tamamilə aydındır ki, İrəvandakı yürüş və yaxud həbs edilmiş və saxlanılmış müxalifətçiləri dəstəkləyən oturaq aksiya dünyada heç kəsi maraqlandırmır. Ölkəmizdə baş verən daxili siyasi qarşıdurma heç kimin vecinə də deyil.

Demedia.az xəbər verir ki, bu fikirlərlə erməni siyasi şərhçi Romella Mnatsakanyan bölüşüb.

O bildirib ki, Putin qazı rublla satmaq şərtini ortaya atandan sonra Bakının önəmi sürətlə artır:

“Bütün bunların nəticəsində Azərbaycan qazına tələb kəllə-çarxa qalxacaq. Çünki Avropa və ümumiyyətlə bütün dünya Azərbaycana inanır. Bunu Paşinyan da anlayır. O bilir ki, indi dünya bizim problemlərimizə qarışacaq halda deyil. Xüsusilə daxili siyasi vəziyyətə... Odur ki, o, opponentlərə qarşı son dərəcə sərt mübarizə aparacaq”, - deyə erməni ekspert qeyd edib.//Axar.az